Beynəlxalq turnirdə boksçularımızın ilk rəqibləri müəyyənləşib

Serbiyanın Subotitsa şəhərində gənc oğlan və qız boksçular arasında keçiriləcək beynəlxalq turnirin püşkü atılıb. Bu gün start götürəcək yarışda Azərbaycan millisinin üzvlərinin də ilk rəqibləri bəlli olub.

Komandamızın heyətində turnirin ilk günündə rinqə 6 boksçumuz çıxacaq.

Yarışda 21 ölkədən 189 (141 oğlan, 48 qız) idmançı qüvvəsini sınayacaq. Azərbaycan millisi oğlanların mübarizəsində gücünü yoxlayacaq. Turnirin qaliblərinin adına isə sentyabrın 18-də aydınlıq gələcək.

14 sentyabr

1/16 final

Rza Rzazadə (75 kq) – Yeqor Yeqorov (Qazaxıstan)

1/8 final

Amin Məmmədzadə (51 kq) – Usman Ansari (Hindistan)

Nadir Məlikov (57 kq) – Uralbek Abdıkadırov (Qazaxıstan)

Səid Abdullayev (63,5 kq) – Prit Malik (Hindistan)

Daniel Xolostenko (71 kq) – Anke (Hindistan)

1/4 final

Səbuhi Əlizadə (+92 kq) – Mikita Maliuta (Ukrayna)

15 sentyabr

1/8 final

Tacı Tağızadə (60 kq) – Anşul (Hindistan)

Sənan Hətəmov (67 kq) – Ruslan Şaxar (Qazaxıstan)

1/4 final

Məmməd Quliyev (92 kq) – Ruslan Artişçenko (Ukrayna)

16 sentyabr

1/4 final

Kənan Babayev (48 kq) – Tali Taba (Hindistan)

Fətəli İsmayılov (80 kq) – Denis Dahl (Norveç)

Rəşid Məmmədov (86 kq) – Camal Quliyev (Ukrayna)

Qeyd edək ki, turnirdə iştirak dünya birinciliyinə hazırlıq xarakteri daşıyır.

Müəllif: Natiq NƏSİROV