Stolüstü tennisçimiz beynəlxalq turnirdə 3-cü yeri tutub

Gürcüstanın paytaxtı Tbilisi şəhərində “WTT YOUTH CONTENDER TBILISI” turniri davam edir. Idmançılarımız bu gün iki yaş qrupunda  mübarizə aparıblar.

11 yaşadək tennisçilərin turnirində bacarığını göstərən Onur Quluzadə yarışı 3-cü pillədə bitirib. Qrup mərhələsində bütün rəqiblərinə qalib gələn idmançı ¼ final səddini də adlasa da, yarımfinalda uduzaraq 3-cü yerlə kifayətlənib.

15 yaşadək tennisçilərin turnirində qrup mərhələsini arxada qoyan Adil Əhmədzadə də, bu gün mükafatlar uğrunda yarışacaq.

Eyni yaş qrupunda qüvvəsini sınayan Rüstəm Hacılı ilə Hüseyn Eylazov 1/16 finalda mübarizəni dayandırıb.

Qeyd edək ki, Tbilisidə təşkil olunan yarışa 18 ölkənin idmançıları qatılıblar.

Müəllif: Natiq NƏSİROV