Millinin heyətində dəyişiklik - Baku Grand Slam 2022
ESTAFET/ Bakıda keçiriləcək cüdo üzrə “Böyük Dəbilqə” turnirindən əvvəl Azərbaycan millisinin heyətində dəyişiklik olub.
90 kq çəki dərəcəsindəki Vüqar Talıbov və 100 kq-dan yuxarı çəkidəki Uşangi Kokauri zədə səbəbindən heyətdən çıxarılıb.
Bu, yığmanın baş həkiminin təqdimatı, performans direktoru və məşqçilər heyətinin qərarı ilə baş tutub. Hər iki idmançının müalicələri davam etdirilir.
Onları Nihad Şıxəlizadə (90 kq) və İbrahimxəlil Ömərov (+100 kq) əvəzləyiblər.
“Böyük Dəbilqə” 4-6 noyabrda olacaq.