Elnur Kələntərovun layihəsi 1-ci yerə layiq görülüb
ESTAFET/ Milli Olimpiya Komitəsinin 30 illik yubileyi münasibətilə İdman Filmləri və Proqramları Festivalının mükafatlandırma mərasimi keçirilib.
Tədbirdə ölkənin idman ictimaiyyəti, tanınmış idmançılar və KİV nümayəndələri iştirak ediblər. Elnur Kələntərovun layihə rəhbəri olduğu Olimpiya Himninin klipi festivalda İLİN ƏN YAXŞI KLİPİ nominasiyasında 1-ci yerə layiq görülüb.
Klipin premyerası 11 noyabrda Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunacaq dövlət tədbirində baş tutacaq.