AFFA nümayəndəsindən "Zirə"yə qadağa
ESTAFET/ "Qəbələ" - "Zirə" oyunundan əvvəl qonaq komandanın rəsmiləri ilə AFFA nümayəndəsi arasında mübahisə yaşanıb.
Stadiona yerli azarkeşlərin girişinə qadağanı nəzərə alan Əsgər Əmrəliyev "Zirə"nin rəsmilərini də tribunaya buraxmaq istəməyib.
Nümayəndənin tələbi zirəlilərin texniki heyət üzvlərinin oyunu ya öz azarkeşlərinin arasında, ya da VİP-dən izləməsini şərtləndirirdi. Klub rəsmiləri isə buna etiraz edib. "Qəbələ" rəsmilərinin də işə qarışmasına baxmayaraq, Əmrəliyev inadından dönməyib.
Misli Premyer Liqasının XIII turu çərçivəsində bu gün keçiriləcək "Qəbələ" - "Zirə" oyunu saat 15:00-da start götürəcək. (Fanat.az)