“Liverpul”un satış qiyməti açıqlandı
ESTAFET/ “Fenway Sports Group”un rəhbəri və “Liverpul”un sahibi Con Henri klubu satmağa hazır olduğu məbləği açıqlayıb.
Amerikalının 4,6 milyard avro qarşılığında Premyer Liqa klubu ilə ayrılmağa hazır olduğu qeyd edilir.
Bildirilir ki, artıq klubun sahibləri “Liverpul” üçün ilk təklifi alıblar. Potensial alıcının konkret kim olduğu məlum deyil. Mümkün yeni sahiblər arasında “RedBird Capital Partners” şirkəti, Yaxın Şərqdən maraqlı tərəflər və ingilis iş adamı Cim Ratkliff var.
Con Henri 2010-cu ildə “Liverpul”u alıb. Onun dövründə klub Çempionlar Liqasının (2019), İngiltərə Premyer Liqasının (2020), UEFA superkubokunun (2019), İngiltərə kubokunun (2022) qalibi olub.