Azərbaycan Basketbol Liqasında 10-cu tur yekunlaşdı

18 dekabr tarixində Astara Olimpiya İdman Kompleksində 10-cu turun sonuncu oyunu keçirildi. "Zirvə Astara BK" komandası doğma azarkeşlər önündə paytaxt klubu "NTD BK" basketbolçularını qəbul edirdi. Qarşılaşmada üstünlüyü ilk dövrədən ələ keçirən paytaxt basketbolçuları, oyunun yekununda rəqibi üzərində 92-81 hesablı  qələbəyə sevindilər.Ən məhsuldar basketbolçular: "Zirvə Astara BK" (Ruşhard Kruikşenk - 28 xal, 6 ribaund ), "NTD BK" ( Londell Kinq - 33 xal, 24 ribaund )

Qeyd edək ki, 11-ci turun oyunları 21, 24 və 25 dekabr tarixlərində baş tutacaq.

Müəllif: Məsim MƏSİMZADƏ