Stolüstü tennisçilərdən Qazaxıstanda iki medal

ESTAFET/ Stolüstü tennisçilərimiz Qazaxıstanın Çimkənd şəhərində təşkil olunan "Shimkent cup" turnirində uğurla çıxış ediblər.
Seçmə komandanın böyük məşqçisi Fərhad İsmayılovla məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə mübarizəyə qatılan seçmə komandamızın üzvləri beynəlxalq yarışı iki medalla başa vurublar.
Mərziyyə Nurmətova ilə Aylin Əsgərova qızların qoşa turnirində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün 1-ci pilləsinə yüksəlib.
Mərziyyə Nurmətova şəxsi turnirdə də etimadı doğruldub. Sumqayıt stolüstü tennis məktəbinin yetirməsi yarışın bürünc medalına da layiq görülüb. Beləliklə, tennisçilərimiz ilə uğurlu nəticə ilə start veriblər.
