Azərbaycan poloçuları ikinci dəfə dünya kubokunun sahibi olub
İsveçrənin Sankt Moritz şəhərində 38-ci qarüstü polo üzrə dünya kuboku başa çatıb.
Yanvarın 26-da start götürmüş və 6 komandanın iştirak etdiyi nüfuzlu turnirdə ölkəmizi Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə “Land of Fire” komandası təmsil etmişdir.
Final oyunu gərgin mübarizə şəraitində keçmişdir. “Land of Fire” komandası prinsipial oyunda qızıl topu vuraraq 6-5 hesabı ilə qələbə qazanmışdır.
Bununla da Azərbaycan poloçuları növbəti qələbələrini qazanaraq ikinci dəfə qarüstü polo üzrə dünya kubokunun sahibi olmuşlar.