“Neftçi” sabah Qəbələyə yola düşəcək
ESTAFET/ “Neftçi” Premyer Liqanın 22-ci turu çərçivəsində qarşılaşacağı “Qəbələ” ilə matçın hazırlığını davam etdirir.
Komanda üzvləri bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə növbəti məşqə çıxıblar.
Əsasən toplu çalışmalardan ibarət olan hazırlıq prosesində hazırda müalicə olunan Rəhman Hacıyev iştirak etməyib, Eddi İsrafilov və Fərid Yusifli isə fərdi məşq ediblər.
Qeyd edək ki, Qəbələyə sabah yola düşməyi planlaşdıran “ağ-qaralar” oyunöncəsi son məşqi Qəbələ şəhər stadionunda keçirəcək. Fevralın 10-u saat 15:00-da həmin məkanda baş tutacaq matç “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.