"Çelsi"də ciddi itki - altı həftə oynamayacaq

ESTAFET/ “Çelsi” ciddi itki ilə üzləşib. London klubunun müdafiəçisi Tyaqo Silva uzun müddətə sıradan çıxıb.

Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. “Tottenhem"ə 0:2 hesabı ilə uduzduqları Premyer Liqa oyununda zədələnən 38 yaşlı müdafiəçi tibbi müayinədən keçib. Onun diz bağlarından xəsarət aldığı müəyyənləşib. Futbolçu buna görə altı həftə yaşıl meydanlardan kənarda qalacaq.

Braziliya millisinin üzvü bu mövsüm “zadəganlar”ın heyətində 26 oyun keçirib.

Müəllif: Orxan NOVRUZOV