4 saylı qadın cəzaçəkmə müəssisəsində badminton üzrə yarış keçirilmişdir

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Badminton Federasiyası və Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının birgə təşkilatçılığı ilə 4 saylı qadın cəzaçəkmə müəssisəsində badminton üzrə yarış keçirilmişdir.

Tədbirin sonunda məhkum qadınlar “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə təbrik edilmiş, sonra qaliblərə diplom və hədiyyələr təqdim edilmişdir.

Müəllif: Bəhruz MƏMMƏDOV