Badmintonçularımızdan Zambiyada tarixi uğur
Zambiyanın Lusaka şəhərində keçirilən "Zambia International" turnirində Azərbaycan badmintonçuları möhtəşəm nəticələr əldə edərək ümumilikdə 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar.
Qızıl medallar:
- Era Maftuha – qadınların şəxsi yarışında bütün rəqiblərini məğlub edərək çempion olub.
- Aqil Qəbilov - Diki Pangestu – kişilərin qoşa yarışında ən güclü olduqlarını sübut ediblər.
- Aqil Qəbilov - Era Maftuha tandemi – qarışıq qoşa kateqoriyasında qızıl medalın sahibi olub.
Gümüş medallar:
- Diki Pangestu – kişilərin qoşa yarışında finala yüksəlsə də, gümüş medal qazanıb.
- Cahid Əlhəsənov - Həcər Nuriyeva – qarışıq qoşa kateqoriyasında ikinci yerə layiq görülüb.
Bürünc medallar:
- Həcər Nuriyeva – qadınların şəxsi yarışında bürünc medal qazanıb.
- Həcər Nuriyeva - Era Maftuha – qadınların qoşa yarışında komandamıza daha bir bürünc medal qazandırıblar.
İdmançılarımızı bu əlamətdar nəticələr münasibətilə təbrik edir və gələcək yarışlarda yeni uğurlar arzulayırıq!