Bakı ilk dəfə badminton üzrə Avropa çempionatına ev sahibliyi edəcək

2025-ci ilin 12-16 fevral tarixlərində Bakı İdman Sarayında badminton üzrə qarışıq komandaların Avropa çempionatı keçiriləcək. Azərbaycan bu mötəbər turnirə ilk dəfə ev sahibliyi edəcək.

Turnirdə ümumilikdə 8 komanda mübarizə aparacaq. 1-ci qrupda yer alan Azərbaycan millisinin rəqibləri son çempion Danimarka, İspaniya və İngiltərə yığmalarıdır. Qrup mərhələsində ilk iki pilləni tutan komandalar yarımfinala vəsiqə qazanacaq.

2-ci qrupda isə Fransa, Almaniya, Çex Respublikası və Niderland komandaları yarışacaq.

Bu çempionat Azərbaycanın idman infrastrukturunun gücünü bir daha nümayiş etdirməklə yanaşı, ölkəmizin badminton idman növündəki inkişafına da töhfə verəcək.

Müəllif: Bəhruz MƏMMƏDOV