Hakim təyinatları açıqlandı: “Qarabağ” - “Qalatasaray”

ESTAFET/ Martın 26-da Bakı Olimpiya Stadionunda Qarabağ”la Türkiyənin “Qalatasaray” klubları arasında xeyriyyə məqsədilə keçiriləcək yoldaşlıq oyununun hakimləri müəyyənləşib. 

Saat 20:00-da başlayacaq qarşılaşmanın baş hakimi FIFA referisi Əliyar Ağayev olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. 

Oyunun VAR hakimləri Cavid Cəlilov və Müslüm Əliyev olacaq.

Müəllif: Orxan NOVRUZOV