İtaliya Qran-Prisi 2025-ci ildən sonra təqvimdən çıxa bilər - Formula 1
ESTAFET/ XX əsrin ortalarından etibarən Monzada keçirilən İtaliya Qran Prisi 2025-ci ildən sonra öz mövcudluğunu itirə bilər. Bu haqda İtaliya Avtomobil Klubunun rəhbəri Stikki Damiani bildirib.
"Biz Formula 1 ilə irəli getməliyik və bunun üçün inkişaf etməliyik. Hazırkı hədəf 2025-ci ildən o tərəfə getməkdir. Lakin bunun üçün vacib olan hər şeyimiz olmalıdı. Ötən ildə 44 milyon dollar yatırım etdik və hər şey yaxşı keçdi. Ancaq digər xərclər üçün kifayət qədər məbləğ itirdik və indi büdcəmiz çətiniklə qarşılaşıb. Biz bunu təkbaşına edə bilməyəcəyik. Son iki yürüşü keçirməklə biz möcüzə etdik. Bunu davam etdirməyə ümid etmək üçün gərək maksimum optimist olasan" - deyı Damiani yerli mətbuata açıqlama verib.
Qeyd edək ki, İtaliya Qran-Prisi Formula 1 yürüşləri arasında sayca rekordsmendir - 72 dəfə.