Formula 1 yarışlarında sərbəst yürüşlərin müddəti azaldıla bilər
Formula 1 yarışlarında sərbəst yürüşlərin müddəti azaldıla bilər. Bu barədə qurumun rəhbəri Stefano Domenikali məlumat verib.
S.Domenikalinin fikrincə, trasın üzərində manevrlər etmək sürət həvəskarlarına heç nə qazandırmır. Bildirib ki, mümkün qədər sərbəst yürüşlərin sayını azaltmaq lazımdır. Bu, sadəcə müxtəlif komandaların mühəndislərinin marağına xidmət edə bilər, bundan teletamaşaçılar heç nə qazanmır. Biz bu qaydanı dəyişmək üçün səylə çalışırıq. Pilot trasa çıxırsa, mübarizə aparmalıdır, ambisiyasız hərəkət etməyin mənası yoxdur. Amma bu qərarı qəbul etməzdən əvvəl Beynəlxalq Avtomobil Federasiyası ilə də məsləhətləşməliyik.