Formula 1 komandaları arasında Bakıda uik-end formatı ilə bağlı razılıq əldə olunub
ESTAFET/ Formula 1 komandaları Azərbaycan Qran-Prisində uik-end formatı ilə bağlı razılığa gəliblər.
Avstraliya Qran-Prisindən öncə Bakı mərhələsinin cədvəlində dəyişiklik edilməsinə dair danışıqların aparıldığı təsdiq olunub. Bu mərhələ ilin ilk uik-end sprinteri olacaq.
“RacingNews365” portalına məlum olub ki, iki təsnifat sessiyasının keçirilməsinə dair 10 komanda arasında razılıq əldə olunub. Belə ki, şənbə gününə olan ikinci məşq sprint üçün yeni təsnifat yürüşü ilə əvəz edilib, Qran-Pri təsnifatı isə cümə günü günorta keçiriləcək.
Müzakirə olunan məsələlər arasında təsnifat formatının bir sürətli dairə ilə sınaqdan keçirilməsi olub, lakin bu ideya rədd edilib. Bunun yerinə, planın reallaşacağı təqdirdə, sprint üçün təsnifat üç seqmentdən ibarət adi formatda olacaq, ancaq onlar qısaldıla bilər.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi aprelin 28-30-da Bakıda keçiriləcək.