"Ocaq Sport" klubunun bədii gimnastika üzrə 2-ci açıq birinciliyi keçiriləcək

Aprelin 4-ü və 5-də Bakı Olimpiya İdman Kompleksində “Ocaq Sport” klubunun bədii gimnastika üzrə 2-ci açıq birinciliyi keçiriləcək. Yarışda “Ocaq Sport” klubu, “Abşeron OİK”, “Ağdaş” OİK, “İOEUG” Gimnastika Məktəbi, “Gəncə” OİK, “Ocaq Sport” klubunun Hövsan bölməsi, “Şağan” OİK, “Grasiya” İK və “Sumqayıt” OİK “Qusar” OİK, “Kür” Olimpiya Tədris İdman Mərkəzi, “Qax” OİK, “RKİM”, “Şəmkir” Gənclər Evi, “Su İdman Sarayı” və “Zirə” Mədəniyyət Mərkəzi Eko-Park-dan 340 idmançı qüvvəsini sınayacaq. Birincilikdə idmançılar fərdi gimnastlarla yanaşı, qrup komandaları da mübarizə aparacaq.

Yarışda idmançılar balalar (2016-2017-ci il), balacalar (2013-2015-ci il), yeniyetmələr (2011-2012-ci il), gənclər (2008-2010-ci il) yaş kateqoriyaları üzrə çıxış edəcəklər.
İki gün davam edəcək yarışda gimnastlar fərdi və qrup hərəkətləri proqramında çoxnövçülük üzrə öz aralarında qalibləri müəyyənləşdirəcəklər.

Müəllif: Bəhruz MƏMMƏDOV