Yığmamız yoldaşlıq oyunları keçirmək üçün Skopyeyə gedəcək
ESTAFET/ 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının aprelin 12-dən 15-dək Bakıda, 16-dan 21-dək isə Şimali Makedoniyanın Skopye şəhərində təlim-məşq toplanışı olacaq.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Millimiz hazırlıq çərçivəsində aprelin 18-də və 20-də Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı iki yoldaşlıq oyunu keçirəcək.