Millimiz seçmə mərhələni xalsız başa vurdu
ESTAFET/ 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün son oyununu keçirib.
Millimiz Slovakiyada keçirilən oyunda meydan sahibi komanda ilə qarşılaşıb.
Serbiyadan olan hakimin idarə etdiyi matç yığmamızın məğlubiyyəti ilə başa çatıb – 0:4.
Xatırladaq ki, Azərbaycan yığması ilk matçında da Monteneqroya məğlub olmuşdu – 0:3.
Beləliklə, komandamız seçmə mərhələni xalsız və sonuncu pillədə başa vurub.