"TamGənc" Tələbə Basketbol Liqasında yarımfinalın iştirakçıları müəyyənləşib

17 aprel tarixində ABB-nin sponsorluğu ilə Azərbaycan Texniki Universitetinin idman zalında “TamGənc” Tələbə Basketbol Liqasının sonuncu 21-ci tur oyunları baş tutub.

BMU - Xəzər (68-44)

ADNSU - ADİU (69-61)

BDU - ATU (22-73)

Bu nəticələrdən sonra çempionatı ilk dördlükdə tamamlayan (1.ATU, 2.ADBTİA, 3.ADNSU, 4.ADİU) komandalar yarımfinala vəsiqə qazanıblar. Çempionatın reqlamentinə əsasən müntəzəm mövsümü 1-ci pillədə tamamlamış komanda 4-cü, 2-ci pillədə bitirmiş kollektiv isə 3-cü pillədə qərarlaşmış komanda ilə yarımfinal oyunu keçirəcək. Yarımfinal oyunları Azərbaycan Texniki Universitetinin idman zalında baş tutacaq.

19 aprel saat 12:00 (ATU - ADİU)

19 aprel saat 13:30 (ADBTİA - ADNSU)

Müəllif: Məsim MƏSİMZADƏ