BŞH Əməliyyat Şirkətinin tikinti işləri ilə bağlı açıqlaması - FOTO
ESTAFET/ Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) paytaxtda 28-30 aprel tarixlərində baş tutacaq Formula 1 Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda beton bariyerlərin quraşdırılmasına davam edir.
Belə ki, 20 Aprel gecə 23:00-dan etibarən Rəsul Rza küçəsinin Neftçilər prospekti ilə kəsişməsi və Adil İsgəndərov küçəsinin Niyazi küçəsi ilə kəsişməsi nəqliyyatın hərəkətinə bağlanacaq.
BŞH vətəndaşlara tikinti-quraşdırma işləri zamanı göstərdikləri anlayışa görə öncədən təşəkkür edir.