"Gəncə" müntəzəm çempionatdakı son oyununda qələbə qazanıb
ESTAFET/ Bu gün "Sərhədçi" İdman Mərkəzində sonuncu - 28-ci turun açılış oyunu baş tutub.
Ev sahibi "Sərhədçi" komandası ilə region təmsilçisi "Gəncə" arasında keçirilən oyunun yekununda "play-off" mərhələsinə vəsiqəni təmin edən gəncəli basketbolçular rəqibləri üzərində 102-85 hesablı qələbə qazanıblar.
Ən məhsuldar basketbolçular: "Sərhədçi PİK" (Maykl Diqqins - 27 xal, 11 ribaund), "Gəncə BK" (Kollin Törner - 28 xal, 9 asist)