2027 Dünya Kubokunun ev sahibi bəlli oldu
ESTAFET/ Qətər Basketbol Federasiyası (QBF) 2027-ci il basketbol üzrə FIBA Dünya Kubokuna ev sahibliyi hüququna layiq görülüb. Nüfuzlu turnirin bütün oyunları Doha şəhərində keçiriləcək.
FIBA-nın Mərkəzi Şurasının qərar verərkən yığcam coğrafi imkanlardan, azarkeşlərə daha yaxşı xidmət etmək üçün turnirin keçirilmə yerinin çevik planlaşdırılmasından təsirləndiyi qeyd olunub.
Dünyanın ən yaxşı əlaqəli istiqamətlərindən biri olan Qətərin paytaxtı Dohada potensial iştirakçı ölkələrin əksəriyyətindən birbaşa uçuşlar həyata keçirilir, təkmilləşdirilmiş metro və ictimai nəqliyyat şəbəkəsi bütün məkanları birləşdirir və bütün ziyarətçilər üçün yüksək səviyyəli xidmət göstərir. Bütün məkanlar bir-birindən 30 dəqiqəlik məsafədədir.
Əlavə olaraq, FIBA-nın ən qabaqcıl kişi yarışları üçün istifadə ediləcək bütün məkanlar artıq tikilib, geniş istifadə olunan yaşıl texnologiyalar isə 2027-ci il FIBA Basketbol Dünya Kubokunun karbon qazı olmayan tədbir kimi keçirilməsinə kömək edəcək.