Formula 1 Azərbaycan Qran-Prisinin 2-ci günü əlamətdar hadisələrlə yadda qaldı

ESTAFET/ İdman təqviminə daha 3 il əlavə edilməklə, Azərbaycan Qran-Prisinin müqavilə müddəti 2026-cı ilədək uzadıldı.

Mövsümün ilk sprint yarışına ev sahibliyi edən Azərbaycan Qran Prisini hazırda tribuna və əyləncə zonasında rekord sayda xarici azarkeşlə birgə 30 minə yaxın F1 həvəskarı izləyə bilir. Güclü rəqabət şəraitində keçən bugünkü yarışda Serxio Peres, Şarl Lekler və Maks Ferstappen ilk üçlükdə yer alaraq, aprelin 30-u keçiriləcək əsas yarışda pilotların sıralanma ardıcıllığını müəyyən etdi.

Günün sonunda Azərbaycanda ilk dəfə baş tutan irimiqyaslı dron şou nümayişi və  dünyaca məşhur musiqiçi, niderlandlı DJ Hardwell Dənizkənarı Bulvar səhnəsində təkrarsız ifası gözlənilir.

Müəllif: Natiq NƏSİROV