Qonaq idmançı həkim müayinəsindən uğurla keçdi

ESTAFET/ Avarçəkmə üzrə “Prezident Kuboku-2023” beynəlxalq reqatasında iştirak üçün Azərbaycana gələn Şimali Makedoniya yığma komandasının üzvü Aleksey Çakareski uzun səfərdən sonra ötən gün özünü narahat hiss edib.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən dərhal təxirəsalınmaz tədbirlər görülüb və idmançı həkim müayinəsindən keçib. Hazırda onun səhhətində hər hansı bir problem yoxdur, özünü yaxşı hiss edir. Aleksey Çakareski komandası ilə birlikdədir.

Müəllif: Bəhruz MƏMMƏDOV