Azərbaycan çempionatının bürünc mükafatçısı bəlli oldu

ESTAFET/ Azərbaycan Basketbol Liqasında bürünc medalların sahibi bəlli olub.

3-cü yer uğrunda oyunda "AAAF Xırdalan"a qalib gələn NTD mükafata yiyələnib.

"Sərhədçi" İdman Mərkəzində keçirilən qarşılaşmaya üstün başlayan NTD basketbolçuları yekunda 100:79 hesablı qələbə qazanıblar.

Ən məhsuldar basketbolçular NTD-də Londel Kinq (40 xal, 16 ribaund), “AAAF Xırdalan”da isə Deymon Makdouel (36 xal, 5 ribaund) olublar.

Çempionatın final oyunu isə "Sabah" və "Gəncə" klubları arasında olacaq. Final seriyasında 3 qələbə qazanan komanda çempion olacaq.

Müəllif: Məsim MƏSİMZADƏ