“Yanvarda iş yerimi dəyişə bilərdim”: de Byazi
ESTAFET/ “Yanvarda iş yerimi dəyişə bilərdim”. Bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İtaliya mətbuatına açıqlamasında deyib.
İtaliyalı mütəxəssis bildirib ki, müqaviləsindəki öhdəliklərə hörmət etdiyi üçün yığmada qalmağa üstünlük verib: "Bu, mənim əsas prinsipimdir və sonadək də belə qalacaq".
67 yaşlı çalışdırıcı Azərbaycanda Albaniya seçməsində qazandığı uğurları təkrarlamaq istədiyini, amma fərqli vəziyyətlə üzləşdiyini söyləyib: "Mən nəticə üçün yaşayıram. Ona görə də tez-tez uduzanda çox əsəbiləşirəm. Tezliklə Estoniya ilə qarşılaşacağıq. Yaxşı nəticə qazanacağımıza əminəm".
Xatırladaq ki, De Byazi 2020-ci ilin avqustundan Azərbaycan millisinin sükanı arxasındadır.