ÇL-də yeni mövsümün ilk püşkü atıldı

ESTAFET/ UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün ilk püşkü atılıb.

Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən mərasimdə ilkin mərhələnin yarımfinal cütləri müəyyənləşib.

Andorranın “Atletik Ekaldes” klubu Monteneqro “Buduçnost” kollektivi ilə, San Marinonun “Tre Penne” komandası İslandiya təmsilçisi “Breydablik”lə üz-üzə gələcək. Bu raundun görüşləri iyunun 27-də, final qarşılaşması isə iyunun 30-da olacaq.

Qalib komanda 1-ci təsnifat mərhələsinə yüksələcək və burada Azərbaycan çempionu "Qarabağ"a rəqib ola bilər.

Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin püşkü oyunun 20-də atılacaq.

Müəllif: Natiq NƏSİROV