Millilərimiz seçmə mərhələyə qələbə ilə başladılar

17 iyun Kiprin Limassol şəhərində 3x3 basketbol üzrə Avropa Kubokunun seçmə mərhələ oyunlarına start verilib. Seçmə mərhələnin açılış oyununda A qrupunda qərarlaşmış qadın millimiz Malta komandasına əlavə vaxtın qeydə alındığı qarşılaşmada 17-15 hesabı ilə qalib gəlib. Daha sonra isə mübarizəyə qoşulmuş kişilərdən ibarət millimiz, Malta yığmasını 20-14 hesabı ilə məğlubiyyətə uğradıb. Kişi milli komandamızın qrupdakı növbəti oyunu Bakı vaxtı ilə saat 16:50-də yerli Kipr millisinə qarşı olacaq. Qadın yığmamız isə qrupda növbəti sonuncu oyununu Bakı vaxtı ilə saat 17:40 -da İrlandiya komandasına qarşı keçirəcək.
