Qadın millimiz finalda!

3x3 basketbol üzrə qadın milli komandamız Avropa Kubokunun seçmə mərhələsinin yarımfinal oyununda Malta komandası üzərində 11-10 hesablı qələbə qazanaraq finala vəsiqə qazanıb. Finalda onların rəqibi, İrlandiya - Lüksemburq cütünün qalibi olacaq. Final oyunu Bakı vaxtı ilə saat 19:45 -də başlayacaq.

Müəllif: Məsim MƏSİMZADƏ