Badmintonçumuz Edi Reski Dviçayo səkkizdəbir finala vəsiqəni təmin edib

Badmintonçumuz Edi Reski Dviçayo Polşada keçirilən 3-cü Avropa Oyunlarında kişi badmintonçuların şəxsi yarışında 1/8 finala vəsiqəni təmin edib. Edi "G" qrupunun ikinci turunda Bolqarıstan təmsilçisi Dimitar Yanakiyevlə qarşılaşıb. 3 set davam edən görüşün yekununda 2:1 (17:21 21:16, 21:9) hesablı qələbə qazanan badmintonçumuz qrupda ardıcıl ikinci qələbəsini qazanaraq son turun nəticəsindən asılı olmayaraq pley-offa vəsiqəni təmin edib.

Edi qrup mərhələsində son görüşünü sabah Ukrayna badmintonçusu Danilo Bosniuka qarşı keçirəcək.

Müəllif: Bəhruz MƏMMƏDOV