III Avropa Oyunları: Kişi sablyaçılardan ibarət millimiz 13-cü olub

Qılıncoynatmanın sablya növü üzrə kişilərdən ibarət milli komandamız Polşada keçirilən 3-cü Avropa Oyunlarında 13-cü olub.

İlk dəfə böyüklərin yarışında iştirak edən gənc sablyaçılarımız ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə turnirin bürünc medalçısı Macarıstan seçmə kollektivinə 25:45 hesabı ilə uduzub. 9-cu yer uğrunda keçirilən qarşılaşmada Türkiyə yığmasına 31:45 hesabı ilə məğlub olan Murad Əkbərov, Maqsud Hüseynli, Saleh Məmmədov və Ayxan Xasıyevdən ibarət kollektiv 13-cü yer uğrunda keçirilən görüşlərdə Yunanıstan (45:43) və İrlandiya millisinə 45:30) qalib gəlib.

Qılıncoynatma idman növündə komanda yarışları Avropa çempionatı statusu daşıyır.

Müəllif: Natiq NƏSİROV