III Avropa Oyunları: Edi Reski Dviçayo çıxışlarını başa vurub

Polşada keçirilən 3-cü Avropa Oyunlarında kişi badmintonçuların şəxsi yarışında qrup lideri olaraq pley-offa vəsiqə qazanan Edi Reski Dviçayo bu gün 1/4 finala yüksəlmək uğrunda keçirilən görüşdə Finlandiya təmsilçisi Kalle Koljonenlə qarşılaşıb. Oyun finlandiyalı badmintonçunun 0:2 (18-21,14-21) hesablı qələbəsi ilə başa çatıb.

Ən güclü 16-lıqda mübarizəni dayandıran Edi 2024-cü ildə Parisdə keçiriləcək yay olimpiya oyunlarına 3600 reytinq xalı qazandı.

Qeyd edək ki, badminton yarışları Avropa Oyunları daxilində Avropa çempionatı statusu daşıyır.

Müəllif: Natiq NƏSİROV