III Avropa Oyunları: Badmintonçumuz Keişa Fatimə Zəhra çıxışlarını başa vurub

Badmintonçumuz Keişa Fatimə Zəhra Polşada keçirilən 3-cü Avropa Oyunlarında qadınların şəxsi yarışında 1/8 finalda İsveçrə təmsilçisi Jenjira Stadelmanla qarşılaşıb. Badmintonçumuz rəqibinə 1:2 (21-16,12-21,15-21) hesabı ilə uduzub. Keişa Fatimə Zəhra bu nəticə ilə olimpiya təsnifat mərhələsində 3600 reytinq xalları toplayıb.

Qeyd edək ki, badminton yarışları Avropa Oyunları daxilində Avropa çempionatı statusu daşıyır və dünya çempionatından sonra Parisdə keçiriləcək yay olimpiya oyunlarına ən yüksək reytinq xalları verir.

Müəllif: Natiq NƏSİROV