U-20 milli komandamızın təlim-məşq toplanışı davam edir

ESTAFET/ 27 iyun tarixindən etibarən basketbol üzrə oğlanlardan ibarət U-20 yığma komandamız Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışına start verib.
Anar Sarıyev və Fərid Əmirovun rəhbərlik etdiyi millimiz, iki yoxlama oyununda qüvvəsini sınaqdan keçirib. Millimiz ilk görüşündə "Göktürk Basketbol Akademisi" komandasına 60-55, ikinci oyunda isə "Atletik İstanbul" klubuna 81-65 hesabı ilə qalib gəlib. Millimizin sonuncu yoxlama oyunu Türkiyənin U-18 yığmasına qarşı olacaq.
Qeyd edək ki, hazırlıq prosesi 4 iyul tarixinə qədər davam edəcək.
