Kişi qrupumuzdan bürünc medal

ESTAFET/ İyunun 23-dən 28-dək Qazaxıstanın Pavlodar şəhərində akrobatika gimnastikası üzrə beynəlxalq turnir  keçirilib.

Yarışda ölkəmizi Azərbaycan yığma komandasının üzvləri, Sabir Ağayev, Murad Rəfiyev, Riad Səfərov, Rəsul Seyidlidən ibarət kişi qrupumuz təmsil edib. 

“Bayantau” İdman Kompleksində keçirilən yarışda gimnastlarımız bürünc medala layiq görülüb.

Müəllif: Bəhruz MƏMMƏDOV