“Borussiya”da yeni müqavilə

ESTAFET/ Dortmund “Borussiya”sı qapıçısı Aleksander Mayerin müqaviləsinin müddətini uzadıb.
32 yaşlı qolkiperlə yeni sözləşmənin müddəti 2025-ci ilin 30 iyununa qədər nəzərdə tutulub.
Mayer “Borussiya”ya ötən ilin yayında qoşulub. O, bu komandanın heyətində cəmi 12 oyuna çıxıb, 17 qol buraxıb.
