Qızlarımız Avropa çempionatında mübarizəyə başlayır

ESTAFET/ 18-23 iyul tarixlərində Andorrada 16 yaşlı qızlar arasında basketbol üzrə Avropa çempionatı "C" divizionun oyunları baş tutacaq.

B qrupunda qərarlaşmış qızlardan ibarət U-16 millimiz, Andorra, Albaniya və Moldova yığmalarına qarşı mübarizə aparacaq.

Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi millimizin qrupdakı ilk oyunu, 18 iyul Bakı vaxtı ilə saat 21:30 -da yerli Andorra yığmasına qarşı olacaq.

Qeyd edək ki, Avropa çempionatının bütün oyunları FİBA -nın rəsmi "youtube" hesabından canlı olaraq yayımlanacaq.

Müəllif: Məsim MƏSİMZADƏ