Çimərlik voleybolu üzrə Azərbaycan çempionatı start götürüb
Bu gün çimərlik voleybolu üzrə Azərbaycan çempionatı (II mərhələ) start götürüb.
15 yaşlı və 15 yaşdan yuxarı idmançıların iştirak etdiyi yarışın reqlamentinə uyğun olaraq 16 kişi komandası təsnifat mərhələsində iştirak edib və ən güclü 8 cüt əsas mərhələyə yüksəlib. Reytinqi yüksək olan digər 8 komanda əsas mərhələdən birinciliyə qoşulub. Qadınların yarışında isə 15 komanda birbaşa əsas mərhələdən mübarizəyə başlayıb.
Çempionatın əsas mərhələsində 15 qadın və 16 kişi cütü iştirak edib.
Yarış olimpiya sistemi ilə keçirilir. Çempionatın ilk günü 23 oyun baş tutub.
Su İdmanı Sarayında təşkil olunan yarışa avqustun 1-də yekun vurulacaq.