"AZERRAIL" və "Abşeron" Voleybol Yüksək Liqasında qələbə qazandı

Bu gün GİN-nin Voleybol Mərkəzində II turun iki qarşılaşması baş tutub. İlk olaraq meydana “AZERRAIL” və “Murov Az Terminal”la komandaları çıxıblar. Gərgin keçən bu görüşdə “AZERRAIL” 3:2 hesabı ilə qalib gəlib.

Növbəti oyun “Abşeron” və UNEC klubları arasında olub. Famil Ağayevin yetirmələri bu matçda 3:0 hesabı ilə qələbə qazanıblar.

Qeyd edək ki, II turun son oyunu sabah Gəncə şəhərində keçiriləcək. Gəncə İdman Sarayında “Gəncə” komandası “Milli Aviasiya Akademiyası”nı qəbul edəcək.

Oyunların nəticələri

Yüksək Liqa (Qadınlar)
II tur
6 dekabr

“AZERRAIL” - “Murov Az Terminal” 3:2 (25:18, 23:25,  22:25, 25:8, 18:16)
“Abşeron” - UNEC 3:0 (25:10, 25:12, 25:9)

7 dekabr

15:00. “Gəncə” - “Milli Aviasiya Akademiyası”
Ünvan: Gəncə İdman Sarayı

AVF-nin rəsmi Youtube kanalı

Giriş sərbəstdir

Müəllif: Bəhruz MƏMMƏDOV