Basketbol üzrə Avropa çempionatı: Millimiz ikinci oyunda məğlub olub

Bakıda 18 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "C" divizionunun qrup oyunları davam edir.

A qrupunda qərarlaşmış U-18 millimiz qrupdakı ikinci oyununda Cənubi Kipr yığması ilə üz-üzə gəlib və rəqibinə 48-78 hesabı ilə məğlub olub.

Millimizin qrupdakı sonuncu oyunu Moldova yığmasına qarşı olacaq.

Oyun 3 avqust saat 20:00 -da baş tutacaq.

Müəllif: Məsim MƏSİMZADƏ