Azərbaycanlı üzgüçü Paralimpiya Oyunlarına lisenziya qazanıb

Raman Salei dünya çempionatının gümüş medalını qazandı.

Üzgüçümüz, 3 qat paralimpiya çempionu Raman Salei Mançesterdə keçirilən dünya çempionatında 100 m arxasıüstə üzmə növündə 1:00.83 nəticə göstərərək yarışın gümüş medalına sahib çıxdı.

Bununla R.Salei ölkəmiz üçün "Paris-2024" XVII Yay Paralimpiya Oyunlarına növbəti lisenziyanı əldə etdi.

Müəllif: Bəhruz MƏMMƏDOV