Çimərlik voleybolu üzrə millimizin meneceri beynəlxalq yarışa supervayzer təyin olunub

Avropa Voleybol Konfederasiyası (CEV ) Azərbaycan Voleybol Federasiyasının (AVF) əməkdaşına etimad göstərib.

AVF-nin çimərlik voleybolu üzrə milli komandasının meneceri Valeriya Romanoviç Gürcüstanın Tbilisi şəhərində keçiriləcək Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) Kartvela kuboku yarışına supervayzer təyin edilib.

Qeyd edək ki, avqustun 3-6-da keçiriləcək beynəlxalq turnirdə ölkəmiz həm qadın, həm də kişi voleybolçularla təmsil olunur.

Müəllif: Bəhruz MƏMMƏDOV