"Neftçi" qrup lideri kimi Praqa mərhələsinin 1/4 finalında

3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Praqa mərhələsində təmsilçimiz "Neftçi" nin ilk oyun günündəki görüşləri yekunlaşıb.
C qrupunda mübarizə aparan "Neftçi", qrupun sonuncu oyununda Litva millisinə 21-16 hesabı ilə qalib gələrək qrup lideri kimi 1/4 finala vəsiqəni təmin edib.
Qeyd edək ki, 1/4 final oyunları 5 avqust tarixində baş tutacaq.
