Cüdoçumuz Masters turnirdə iştirak etməyəcək

Azərbaycan millisinin cüdoçusu Zelim Kotsoyev Macarıstanın paytaxtı Budapeştdə keçirilən Masters turnirində iştirak etməyəcək.
Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən cüdo üzrə Masters turnirində -100 kq. çəki dərəcəsində çıxış etməli olan milli yığmanın üzvü Zelim Kotsoyev xəstələndiyinə, yüksək hərarəti və öskürəyi olduğuna görə, milli yığmanın baş həkiminin təqdimatı, baş məşqçinin və məşqçilər heyətinin qərarı ilə yarışda iştirak etməyəcək.
Cüdoçunun müalicəsinə dərhal başlanılıb və ən qısa zamanda sağalıb tatamiyə geri dönməsi üçün bütün lazımi tədbirlər görülür.
