Stolüstü tennisçilər təlim-məşq toplanışındadırlar

ESTAFET/ 2014-2015-ci il təvəllüdlü istedadlı stolüstü tennisçilərin növbəti təlim-məşq toplanışına start verilib.
Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən hazırlıq prosesinə 15 idmançı qatılıb. Onlar məşqçilər Elnur Hidayətzadə, Qulu Quliyev, Billurə Eminova və Məryəm İmanovanın rəhbərliyi ilə avqustun 27-dək stolüstü tennisin sirrlərinə yiyələnəcəklər.
Qeyd edək ki, təlim-məşq toplanışının əsas məqsədi istedadlı idmançıların hazırlıq səviyyəsinin artırılmasıdır.
