AVF yeniyetmə və gənc voleybolçuların yetişdirilməsi istiqamətində daha bir tədbirə start verib

ESTAFET/ Bir neçə gün əvvəl başa çatmış "Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı düşərgəsi"ndə fərqlənən 40-a yaxın voleybolçu yenidən məşqlərə cəlb olunub. Məşqlərə Şahin Çatma rəhbərlik edir, ona Bakıdan və Gəncədən olan mütəxəssislər köməklik göstərir.
Bu gün start götürən məşqlər 5 gün davam edəcək. Bu müddətdə yeniyetmə və gənc voleybolçulara müxtəlif proqramlar üzrə məşqlər keçiriləcək.
Qeyd edək ki, məşqlər Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunub.
