“Mançester Yunayted”in müdafiəçisi “Beşiktaş”da
ESTAFET/ “Beşiktaş” “Mançester Yunayted”in müdafiəçisi Erik Bayini transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Erik Bayi 2016-cı ildən “qırmızı şeytanlar”ın heyətində çıxış edib. O, ötən mövsüm icarə əsasında Fransa “Marsel”ində forma geyinib.